Yeni klipini təqdim edən Nura: "Tərəf müqabilim birinci ərimə oxşayır" - FOTO/VİDEO

Müğənni Nura Suri "Sevgililər günü" ərəfəsində "Sevgimiz dənizdir" adlı mahnısına aktyor Rüfət Nəzərli ilə birgə çəkilmiş yeni klipinin təqdimat mərasimini keçirib.

Sözügedən ekran işinin nümayişindən sonra sənətçi Bizim.Media-nın əməkdaşının suallarını cavablandırıb.

Nura bildirib ki, klip bir günə başa gəlib və çəkilişlər zamanı həm özü həm də tərəf müqabili Rüfət soyuqdan "donublar":

"Klip bir günə çəkilib. Bütün çətinliyimiz o idi ki, bizə soyuq idi. Bütün çəkiliş heyəti, içi biz qarışıq donduq soyuqdan. 

Çəkilişlər Xətaidə yerləşən "Amay" ticarət mərkəzinin fəaliyyət göstərməyən bir hissəsində oldu. Ora həddən artıq çirkli, uçuq-sökük vəziyyətdə idi. Həmin yeri abıra salmaq üçün komanda özü xeyli iş gördü. Divarlarından, döşəmədən tutmuş pəncərələrə qədər təmizlik işləri görüldü ki, səliqəli görüntü əldə edək. 

Hamının əynində ən azından gödəkçəsi, tərəf müqabilim Rüfətin isə əynində kostyumu var idi. Mən isə tək bir libasda idim. Təsəvvür edin ki, məkan çöldən daha soyuq idi".

"Niyə ekran işində seçiminiz məhz aktyor Rüfət Nəzərli oldu?" sualına müğənninin cavabı belə oldu:

"Yaşımız bir-birimizə uyğundur. Rüfət görünüşcə birinci həyat yoldaşıma oxşayır (gülür). (Bu anda Rüfət Nəzərli : "Bunu bilmirdim, indi öyrəndim" (gülür)). Məni kim birinci həyat yoldaşımla birgə görürdü, deyirdilər ki, “siz Hollivudun ulduz cütlüyünə bənzəyirsiniz”. O zamanlar mən müğənni deyildim. Deyə-deyə məni "ulduz" elədilər. Amma o "ulduz" da olmadı, çünki mən ondan ayrıldım və yazıq bədbəxt oldu. Mən onun yanında olanda o, xoşbəxt idi. Təbii ki, bu, bir zarafatdır... 

Rüfətin görünüşü "brutal" kişini xatırladır. Klipimin rejissoru da söylədi ki, “siz bir-birinizə çox yaraşırsınız”. Rüfətdə ispan aktyorlarının xarizması var".

Nuranın "Rüfət mənim keçmiş birinci həyat yoldaşıma bənzəyir" sözlərinə Rüfət belə reaksiya verib:

"Nuraya dedim ki, mən rəqqas deyiləm, bəs bütün bunlar necə olacaq? Çünki klip iki bir-birini sevən cütlüyün tanqo rəqsi üzərində qurulub. Cavab verdi ki, “Rüfət, istəyirəm mənimlə birgə məhz sən çəkiləsən”. Amma bu haqda daha geniş və dolğun açıqlamasını vermədi. İndi mən bildim ki, niyə məhz mən. Amma mən nə özümdən, nə də ki, Nuradan gözləmirdim ki, biz o rəqsin öhdəsindən belə peşəkarcasına gələ biləcəyik".

Suri deyib ki, bu dövrdə yerli bazar üçün klip çıxartmaq riskli məsələdir:

"Bəli, bu dövrdə klip çəkdirmək və onu təqdim etmək riskdir. Nə mənada riskdir... Keyfiyyətli kliplər çoxdur, amma nədənsə baxırsınız ki, "trend"də 1-dən 10-a kimi yalnız zövqsüz işlərdir. 

Son günlərdə bunlar bir az düzəlib. Baxıram ki, Xalq artistlərimiz Aygün Kazımovanın, Röya Ayxanın çəkdiyi kliplər öndə və "trend"dədir. Bu kimi şeylər əvvəllər yox idi, estrada ulduzlarımız buna həsrət idilər. Baxıram ki, tamaşaçılarımız pisi yaxşıdan ayırd edir. Yaxşı işi görüb hiss edə bilirlər. Bu, "trend" olacaq deyə heç bir iş görmürəm. Demirəm ki, "Sevgimiz dənizdir" mahnım hitdir. Mahnı klassik rumba janrdadır. Bildiyiniz "kəsdim-doğradım, lezvaladım, öldüm, ayrıldım, dayana bilmədim" tərzdə deyil. Sırf təmiz sevgi və minimalizm... 

Klipdə də əlavə bir şeylər yoxdur, sırf minimalizm. Ən əsası mahnı ilə klip vəhdət təşkil edir".

Qeyd edək ki, Nura Surinin "Sevgimiz dənizdir" adlı mahnısı artıq bütün rəqəmsal musiqi platformalarında, klipi isə müğənninin rəsmi "YouTube" kanalında yayımdadır:
 







































Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO