Cavidan Novruz: “Ad günümlə bağlı heç kim mənə təbrik yazmasın” – FOTO 

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavindan Novruz ad günü ilə bağlı sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, 37 yaşına qədəm qoyan sənətçi 2023-cü ili və fevral ayını “qara siyahı”ya atdığını bildirib. 

Aktyor bunun səbəbini atası R.Novruzu fevral ayında itirdiyi ilə əlaqələndirib: 

“Dostlar, bu gün mənim 37 yaşım tamam olur. Belə deyək, atamın vəfat etdiyi yaşın yarısındayam. İlk ad günümdür ki, gecə 12-də həmişəki kimi hamıdan birinci mənə zəng edib “Ad günün mübarək, “Caki”, sözünü deyən yoxdur. İlk ad günümdür ki, atasız keçirirəm və bu postu nə halda yazıramsa, məndə qalsın. Həqiqətən, bu ad günümdə atam yuxuma belə gəlib məni təbrik etsə, bu ən böyük hədiyyə olacaq.
Əgər mənim doğum günüm başqa aylarda olsaydı, mən bu fikirdə olmazdım və inanın ki, necə ki, atamın vəfatından sonra bayramlar, hər bir şey mənim üçün dadsız, duzsuz və mənasız gəlirsə, elə bu gün bu ad günüm də mənim üçün çox boş və mənasız bir şey kimi gəldi. Mən səmimi insanam və səmimi danışacağam... Mənim üçün, ümumiyyətlə təqvimdə olan 2023 və fevral ayı qara bir siyahıdadır və yox kimidir.

Ona görə ki, ötən il doğum günümdən 4 gün sonra atamı, Xalq artisti Ramiz Novruzu itirdim. Həyatda mənə hər kəsdən hər şeydən önəmli, dəyərli, ən əzizimi itirdim. Əgər bu başqa aylarda olsaydı, mən belə olmayacaqdım. Bu mənə böyük bir zərbə oldu. Səni heç vaxt unutmayacağam, ata.

Sizdən bir xahişim olacaq, əgər mənə doğum günüm ilə bağlı təbrik yazmaq istəyirsinizsə, yazmayın. Elə atama rəhmət yazın, bu mənə böyük bir yaxşılığınız olacaq”. 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən ilin fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO