Təyyar Bayramov: “Atam deyirdi ki, içki içsən, səni, siqaret çəksən, özümü öldürərəm” – VİDEO 

“Müharibədən sonra mülkü vətəndaş kimi Ağdama gedən mən və həmkarım Mənsum İbrahimov olub. Atamın dəfn olunduğu Sağcalı qəbiristanlığının yanından keçəndə artıq dözə bilmədim. Necə hıçqırtı ilə ağlamışdımsa, bir ay səsim açılmadı. Ağdamın Ağdamkənd kəndinə getdim. Təsəvvür edin ki, o illərin yağışı və küləyi ora gedən yolu elə edib ki, sanki heç o yol olmayıb. Mənfur düşmən izimizi silib. Ağdamda sağlam daş belə yoxdur. Metal deyilən bir şey yox idi. Ağdamı elə-belə Qafqazın Xirosiması adlandırmayıblar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi ata ocağı olan Ağdama səfərindən söz açıb: 

“Biz Ağdama gedib isti ocağımızı tapmasaq da, amma yurdumuza, obamıza qovuşduq. Əvvəllər sual verəndə ki, Qarabağa getsəydiniz nə edərdiniz? Cavab verirdim ki, “Qarabağ şikəstəsini” ifa edərəm. O torpağın acısını hiss etdikcə deyirdim ki, bəlkə də səsim batar oxuya bilmərəm. Həqiqətən də belə oldu, səsim batdı oxuya bilmədim. Mənsum müəllim mənə biraz təskinlik verdi. Ağdamda teatrın sökülmüş yeri var, orada onunla bərabər Qarabağ mahnısını oxuduq. O biraz məni özümə gətirdi. Zülmlə, birtəhər oxudum”. 

Atasını 14 yaşında itirən xanəndə onun verdiyi öyüd-nəsiyyətə bu gün də əməl etdiyini bildirib: 

“Biz dörd övladıq. Bir mən və üç bacım. Anam bizi şərəflə böyütdü. İnsan ailədə əziyyət çəkər. Biz əziyyət çəkdik. Övlad görür ki, onun valideyni əziyyət çəkir, artıq o da o əziyyətə qatlaşır. Əziyyətsiz nə əldə olursa, onu qoruyub saxlamaq çətindir. 

Atam hansı qadağaları mənə qoyubsa, günü bu gün də onları etmirəm. Uşaq vaxtı atam mənə deyirdi ki, içki içsən, səni, siqaret çəksən, özümü öldürəcəyəm. Uşaq vaxtı düşünürdüm ki, siqaret çəkərəm atam özünü öldürər. Psixoloji təzyiq... Həqiqətəndə mən siqaretdən uzağam.

Dostlarım məni bara dəvət edəndə və mən ora gedəndə atamı düşünürdüm ki, mən şəhid oğluyam, ailəmizi, bacılarımı düşünürdüm...” 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

End of content

No more pages to load

RADİO