Müğənni Elnur Məmmədovun ikinci övladı dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Məmmədov bildirib ki, onun oğlu dünyaya gəlib. Elnur övladına Məhəmməd adını qoyub.
"Şükür, Allah, ən gözəl hədiyyən üçün. Məhəmməd, həyatımıza xoş gəldin",- deyə Elnur oğlu ilə paylaşdığı fotosuna şərh yazıb.
Qeyd edək ki, Elnurun İnam adlı bir oğul övladı da var.
Rəşad Əliyev, Bizim.Media