Müğənni Nurlan Əzizbəyli plastik əməliyyat etdirib.
Bizim.Media xəbər verir ki, "Bizimləsən" ictimai-sosial verilişinin həkimləri vasitəsi ilə aylar əvvəl mədə kiçiltmə əməliyyatı ilə 40 kiloqramdan çox çəki itirən sənətçi yeni görünüşdə sözügedən proqramın canlı yayımına çıxıb.
Nurlanın üzərində qaşqaldırma, buxaq, dəri dartılma əməliyyatları icra edilib. Əzizbəyli eyni zamanda ağ saçlarını qara rəngə boyadıb.
Nurlan bildirib ki, hazırda çəkisi 70 kiloqramdır.
Rəşad Əliyev, Bizim.Media