Xalq artisti Natiq Şirinov nəvəsi ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi oğlu Ümidin qızı Şəmsin 1 yaşı tamam olduğunu yazaraq, doğum günü yığıncağından çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Bizi nənə-baba edən, evimizin günəşi Şəms balamız, bir yaşın mübarək”.
Qeyd edək ki, Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, eləcə də Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir.
Rəşad Əliyev, Bizim.Media