Xəbər verdiyimiz kimi, “İctimai” televiziyada yayımlanan “Maska” şousunda “Nar” obrazında çıxış edən Əməkdar artist aşıq Samirə Əliyevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi üzə çıxıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Samirə haqqında yayılan bu xəbərə sərt şəkildə reaksiya bildirib:
“Çox heyiflər olsun ki, o gözəllikdə “Maska” layihəsini, çıxışları qoyublar kənara, yazılan xəbərlərə bax. Mənim belə ucuz gündəmə ehtiyacım yoxdur. Heç xoş mövzu deyil. Kimlər bu xəbəri yayıbsa, Allah özlərinə yaşatsın”.
Qeyd edək ki, Samirə Əliyeva bu xəstəlikdən sağaldığını bildirib.
Rəşad Əliyev, Bizim.Media