Əməkdar artist Səbinə İlyasova həmkarı Xalq artisti Elmira Rəhimova ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, 82 yaşlı sənətkarı evində ziyarət edən İlyasova onunla birgə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayaraq darıxdığını yazıb.
"Mənim ən çox sevdiyim və hörmət etdiyim dəyərli sənətkarımızdır. Çox darıxmışdım Elmira xanım üçün. Ona görə gedib onunla görüşdüm və görüşümüzdən çox böyük zövq aldım. Allah möhkəm can sağlığı və uzun ömür versin sizə, Elmira xanım", - deyə S.İlyasova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media