Türkiyəli aktrisa Minə Tuqay son paylaşımı ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Bizim.Media xəbər verir ki, o, qara çimərlik geyimi xatırladan libasının altına geyindiyi dikdabanları ilə cazibədar görünüş yaradıb. 42 yaşlı ulduz yeni fotosunu İnstagram səhifəsində yayımlanıb.
“Uzun zamandan sonra gözəl çəkiliş etdik” – deyə o qeyd edib.
Foto qısa müddət ərzində bir çox insan tərəfindən bəyənilib. Pərəstişkarları isə Minəyə "Maşallah yaşına baxmayaraq çox gözəl bir qadındır" şərhini yazıblar.
Bizim.Media