Dünya şöhrətli pop ulduz Britni Spirsin addımı hər kəsi təəccübləndirib.
Bizim.Media xəbər verir ki, bir müddət əvvəl musiqi karyerasını sonlandırdığını açıqlayan sənətçi 43 milyon izləyicisi olan “Instagram” sosial şəbəkə platformasındakı hesabını birdəfəlik silib.
Qeyd edək ki, hazırda B.Spirs uzun illərdir sürən məhkəmə çəkişmələrindən sonra başını ailəsi ilə münasibətləri bərpa etməyə qatıb. Müğənni illərdir küsülü olduğu və ünsiyyətini sıfırladığı anası və qardaşı ilə artıq barışıb. Lakin Britni düşmən kəsildiyi atası ilə barışmaq niyyətində deyil.
Rəşad Əliyev, Bizim.Media