Azərbaycanın Əməkdar artist Aygün Bəylər vəfat edib.
Bu barədə Bizim.Media-ya açıqlamasında sənətçinin yaxın dostu Əməkdar artist Çingiz Əhmədov bildirib.
Aktyor qısa olaraq vurğulayıb ki, 49 yaşlı sənətkar bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib:
"Aygün 4-5 saat əvvəl rəhmətə gedib. Bir imkanlı şəxsin köməkliyi ilə onun nəşi xüsusi təyyarə ilə Bakıya gətirilir. Oradan da Maştağaya aparılacaq".
Qeyd edək ki, Aygün Bəylər onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Əməkdar artist ötən ilin dekabrın 30-da Heydər Əliyev Sarayında "Xatirədir" adlı konsert proqramı ilə çıxış etmişdir.
Aygün Bəylərin ölüm xəbərini ilk olaraq Axşam.az saytı yayıb.
Rəşad Əliyev, Bizim.Media