Başı qalmaqallardan açılmayan dünya pop səhnəsinin ulduzu Britni Spirs açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, 42 yaşlı sənətçi musiqi sahəsinə qayıtmaq fikrində olmadığını bildirib.
“İstəyirəm, biləsiniz ki, yayılan xəbərlər yalandır. Deyirlər ki, yeni albom üçün studiyaya girirəm. Heç vaxt musiqi sənayesinə qayıtmayacağam”, - deyə Spirs vurğulayıb.
Britni həmçinin bildirib ki, nə vaxtsa sadəcə əyləncə üçün yeni mahnı yaza bilər.
Hazırda B.Spirs uzun illərdir sürən məhkəmə çəkişmələrindən sonra başını ailəsi ilə münasibətləri bərpa etməyə qatıb. Müğənni illərdir küsülü olduğu və ünsiyyətini sıfırladığı anası və qardaşı ilə artıq barışıb. Lakin Britni düşmən kəsildiyi atası ilə barışmaq niyyətində deyil.
Rəşad Əliyev, Bizim.Media