Zaur Baxşəliyev aparcısı olduğu "Zaurla Günaydın" verilişini bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda Zaur "Zaurla Günaydın" proqramının canlı efirində məlumat verib.
Zaur artıq verilişə aparıcılıq etmək istəmədiyini söyləyib:
"İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta "Bizimləsən" haqqında da düşünürəm".
Günay "Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox" sözlərinə Zaur "Onda yox" cavabını verib.
Qeyd edək ki, sözügedən veriliş 2018-ci ildən ATV-də yayımlanır.