Kərim Abbasov: “Rəqsanə Təranənin övladlarına sahib çıxdığına görə çox peşman olacaq” - VİDEO

“Rəqsanə cılız insan deyil ki, Təranə (hazırda həbsdə olan prodüser Təranə Səmədova – red.) ilə qalmaqal etdikdən sonra onun uşaqları ilə düşmənçilik aparsın. Yəni anasının çəkdirdiyini balalarından çıxsın. İnanmaram buna. Rəqsanənin Təranənin iki uşağını götürüb yanında saxlamasını alqışlayıram. Rəqsanə qoymadı ki, Təranənin övladları uşaq evində qalsın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi, hazırda həbsdə olan keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədovanın qızı Suelin ondan imtina etməsi məsələsindən söz açıb: 

“Allah Təranənin qapısını açsın və ona həbsxanada biraz ağıl versin. Bir uşağın valideynindən imtina etməsi, valideynin ölən günüdür. Yəni sən ölmüsən. Deyirlər ki, “Edir analar-atalar, çəkir balalar”. Eləyib anası, indi də yazıq balaları çəkir. Mən Suelin anasından imtina etdiyini söylədiyi kadrlara baxanda gözlərim doldu, çox pis oldum.  Öz övladım gözümün önünə gəldi. O gündən məni uzaq et, o gün mənə ölüm ver”. 

Abbasov vurğulayıb ki, həmkarı Rəqsanə İsmayılova kimi Təranə Səmədovanın övladlarına heç zaman “yiyə çıxa” bilməz: 

“Xeyr, Rəqsanənin elədiyini mən etməzdim. Çünki,  evimdə oğlan uşağı var. Təranənin iki uşağı da qızdır. Mən uşaqların anası Təranə Səmədovanı tanıdığıma, hansı xasiyyətə malik olduğuna və gələcəkdə ondan nə bəlalar görə biləcəyəm deyə heç zaman bu addımı atmazdım. Bilirəm ki, Rəqsanə ilə Təranənin davaları qabaqdadır. Rəqsanə uşaqlara sahib çıxdığına və elədiyi yaxşılıqlara  görə çox peşman olacaq. Hələ ki... Olmasın təki, amma mən Təranəni çox yaxşı tanıyıram. Ona görə də bu fikirdəyəm. Mən yardım etməyə hazıram. Mən Təranənin qızı Suelə və Adelə çox yaxşılıqlar eləmişəm, eləməyə də hər an hazıram”. 

Sosial şəbəkə əhlinin Suelin atasının Kərim olması və bununla bağlı onun ünvanına yazılan təhqir dolu şərhlərə Abbasov sərt şəkildə cavab verib: 

“Arada sosial şəbəkələrdə yazılan şərhləri oxuyuram. İstəmirəm ki, insanların beynində bu şeylər qalsın. Mənim Təranədən övladım yoxdur, olmayıb. Onun qızı Suel mənim qızım deyil. Mən gərək ən şərəfsiz ata olardım ki, o mənim qızım olduğu təqdirdə ona atalıq etməsəydim. Bəsdirin, yığışdırın bu kəlimələri... Suelin atasının kimliyi hamıya artıq bəllidir. Məndən əlinizi üzün! “Sən yaxşı ata olsaydın, qızın Suel ortalıqda qalmazdı” kimi şərhləri də özünüzə saxlayın. Mən çox yaxşı kişiyəm. Siz kişi olun, kişi kimi şərhlər yazın. Mən övladımı atacaq qədər şərəfsiz ata, insan deyiləm. Mənim övladım isə bir dənədir. O da mənim oğlumdur. Mənim başqa qadından övladım yoxdur”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.   
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.   
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

End of content

No more pages to load

RADİO