Xalq artisti Emin Ağalarov Yeni il ab-havalı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, model Alyona Qavrilova ilə çəkdiyi "selfi"sini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ağalarov paylaşımına "Bir və yeganə, əbədi mənim Alena ilə xoşbəxtəm" şərhini yazıb.
Qeyd edək ki, Emin və Alyona cütlüyünün Afina adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media