Ayseli ailəsini dağıtmaqda ittiham edən Turanə Xoşqədəmin verilişinə ÇIXDI – VİDEO 

Müğənni Aysel Əlizadəni həyat yoldaşı, iş adamı Elçin Nəcəfovla (Yetim Elçin) münasibətdə olmaqda ittiham edən Turanə Nəcəfova yenidən efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, Turanə “Səni axtarıram” ictimai-sosial verilişinə gələrək proqramın aparıcısı Xoşqədəm Hidayətqızının önündə diz çöküb. 

Turanə aparıcı ilə müğənnini məhkəmədə üz-üzə qoyduğu üçün vicdan əzabı çəkdiyini dilə gətirib: 

“Çox utanıram. Mənə görə məhkəmələrdə əziyyət çəkdiz. Mənim üzümdən təhdid olundunuz, sizə pullar təklif olundu, yenə də məni tək qoymadınız. Yanımda oldunuz, bu gün də mənim yanımdasınız. Sizdə olan qeyrəti biz çox kişidə görməmişik. Təşəkkür edirəm”. 

Hidayətqızı isə Nəcəfovanın səmimi çıxışına qarşılıq verərək bu sözləri söyləyib: 

“Niyə? Biz ki, məğlub olmadıq. Dəfələrlə qalib olduq. Əsas odur ki, sən aliment aldın, evini aldın, övladınla görüşə bilirsən, onlar məktəbə gedirlər. Sən bunun üçün çalışırdın. Mən hər zaman sənin yanındayam. Doğrudan da mənə çox pullar təklif olundu, təhdid olundum. Bunu bil ki, sən qalibsən”. 

Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” ictimai-sosial verilişinin efirinə çıxaraq, Aysəl Əlizadəni keçmiş əri iş adamı Elçin Nəcəfovla münasibətdə ittiham edib.

Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.  Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 4 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2000 manat təzminat ödəməlidir. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

End of content

No more pages to load

RADİO