Son günlər başı qalmaqallardan açılmayan Əməkdar artist Mətanət İsgəndərli nəvəsi ilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, keçmiş gəlini Canana ilə söz savaşına çıxan sənətçi böyük nəvəsi Tuncayla birgə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Diqqət çəkən məqam isə Tuncayın "Şaxta Baba" obrazında olması olub.
Mətanət nəvəsi ilə "Space" televiziyasının Yeni il çəkilişində iştirak etdiyini yazıb.
Qeyd edək ki, Mətanətin keçmiş gəlini Canana bir neçə həftə əvvəl oğlu Tuncayın "ögey ana" tərəfindən evə buraxılmadığının görüntülərini sosial şəbəkədə yayaraq, yenidən "gəlin-qayınana" qalmaqalını alovlandırıb.
Rəşad Əliyev, Bizim.Media