Mətanət: “Keçmiş gəlinimə iki dənə ev də versəm, uşaqlarına baxmayacaq” - VİDEO

Şair və jurnalist Anar Vəziroğlu ilə Əməkdar artist Mətanət İsgəndərli arasında efirdə gərgin anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişində ekspert qismində iştirak edən Anar proqrama qonaq gələn Mətanətə irad bildirib. 

A.Vəziroğlu “Sən ziyarətə gedirsən ki, günahların bağışlansın. Xalqa ürəyi yanan əvvəlcə gəlininin üç övladını yetim qoymaz. O üç nəvə sənin deyil?” sualını M.İsgəndərliyə ünvanlayıb. 

Mətanət isə keçmiş gəlini Canana (Aynur Vaqifqızı) ilə yaşadığı qalmaqalı belə nəql edib: 

“Mən Cananaya dəfələrlə yalvarıb, demişəm ki, gəl, sənə hər şəraiti yaradım. Əslində, mən bunu etməməliyəm. Çünki qayınanadan gəlinə heç nə düşmür. Mən etdiyimi Allahın yolunda etmişəm. Ona söyləmişəm ki, gəl, sənə ev verim, hər bir şərait yaradım. Amma o bunu istəməyib. Deyib ki, onsuz da evdə oturmuşdum da... Canana məşhur, azad olmaq istəyir. Bu artıq onun öz işidir, özü bilər. Ona dəfələrlə söyləmişəm ki, üç övladından heç olmasa qızına bax. Amma etməyib. Bunu isə ona görə demişəm ki, mənim üçün onlara baxmaq çətindir.

Mən özümə güclə baxıram. Milyon dəfə ona ev də təklif etmişəm. Amma istəməyib. Demişəm ki, sənə əvvəllər necə baxmışamsa, ondan qat-qat artıq baxacağam. Uşaqlarına analıq et. Bu həyatda heç nə problem deyil. Uşaqlar anasını, yəni qayğı axtarırlar. Amma ana, qayğı yoxdur.
Uşaqlar mənim yanımdan getmirlər. Ana da onları aparmır. Ana aparsa, uşaqlar gedərlər. Uşaqlar qayğıya və sevgiyə möhtacdırlar. Onları səhərdən axşama kimi  evdə qoyur, gedib, gəlmir. Evdə tapılmır. Uşaqlar qalır dörd divar arasında. Ona razıyam, iki dənə ev verməyə...

Amma o, uşaqlara baxmayacaq. Uşaqlara ev lazım deyil. Boş evi neynirlər. Ana evdə tapılmır, ana analıq etmir. Ən gözəli, haqq və ədalət öz yerini tapacaq. Göydə Allah, yerdə bizim qanunlarımız. Mən nəvələrimə əsl anayam. Burada nə ailə, nə uşaq, nə də ki, qayınana söhbətidir. Burada iki məqsəd var. Canana özünü gecə-gündüz reklam edir. Onun öz doğma qardaşı deyir ki, Canana özünü “qara piar”la reklam edir. Qoy, onu söysünlər, amma çoxlu baxış gəlsin.

Bir də ki, mənim əlimdən nəyim varsa, hər şeyi alsın. Mən ona pul vermişəm. Oğlum Kərimin adına nələr var idisə, onlar boşananda yarı-yarıya bölünüb.

Dövlətin və məhkəmənin əli ilə ona artıqlaması ilə pul vermişik. Uşaqlar məndə qaldığına görə anaları Canana aliment ödəməlidir. O da alimentdən imtina edir. Bu, qarşılıqlı olub. Barışıq olub aramızda. Cananaya yalnız reklam lazımdır. Dayanır, dayanır sonra da bu mövzunu açıb istəyir gündəmdə olsun. Bax, indi bizə baxıb sevinir ki, Mətanət danışdı. Mən heç kimə hesabat verən deyiləm. Hesabatımı vicdanıma və Allahıma verəcəyəm”. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

End of content

No more pages to load

RADİO