Rəvan Qarayev: “Qocalanda bəlkə üçüncü dəfə evləndim” – VİDEO 

“Xanımımla qərara aldıq ki, boşanmalıyıq. Amma münasibətlərimiz yaxşıdır. Onlar məndən nə istəyirlərsə, mən onu edirəm. Uşaqlarıma baxıram, bundan sonra da baxacağam. Valideynlər boşanırsa, övladların bu işdə günahı yoxdur. Ata üçün ən yaxın olan qız uşaqları olur. O, sənə fəxrlə baxır. Uşaqlarıma ona görə baxıram ki, qocalanda mənə baxsınlar. Mən onları həqiqətən də çox istəyirəm. Əminəm ki, hər bir ata öz uşağını çox istəyir. Sadəcə ata var ki, ailəsinə baxır, eləsi də var ki, baxmır. Heç ailəsi ilə maraqlanmır...” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayev qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib. 

Jurnalistin “Bəlkə valideynlərinizlə yaşasaydınız, boşanmazdınız?” sualına Rəvan etiraz edib: 

“Onun heç bir aidiyyatı yoxdur. Çünki onlar heç zaman işimə qarışmayıblar. Ailə quranda da qarışmayıblar. Sadəcə tale, bəxt belə gətirdi. Şou-biznesdə elə sənətçilər var ki, 3-4 dəfə ailə qurub, boşanıb, amma sizin bundan heç xəbəriniz belə yoxdur. Mən özüm onlardan 5-6-sını tanıyıram. Amma siz elə bilirsiniz ki, onlar cəmi bir dəfə ailə qurub və boşanıb. Kim istəyər ki, kimsə bilsin ki, onun ailəsi dağılıb. Şəxsən mən də istərdim ki, bu haqda heç kim xəbər tutmasın. Mən də gizlətməyə çalışardım. Amma əsas odur ki, mən yaxşı atayam. Valideynlər ayrılanda gərək, bundan uşaqlar əziyyət çəkməsin. Boşanmaq sözü biraz ağırdır. Ayrı yaşamaq daha yaxşıdır. Elə ailələr var ki, gecə-gündüz savaşırlar. Bundan isə uşağın bütün psixologiyası pozulur. Belə olmaz!”. 

İki dəfə ailə quran Rəvan boşanmasının səbəblərini açıqlayıb: 

“Mənim boşanmağıma səbəb xanımımla fikirlərimizin düzgün gəlməməsi olub. Ümumi illər boyunca yığılan problemlər ayrı yaşamağa gətirib çıxarır. Konkret bir məsələ yoxdur ki, tutum ondan ve deyim ki, bu səbəbə görə boşandım. Hər şey damla-damla oldu. Artıq gölə çevriləndə bu hadisələr baş verir. Anam çalışıb ki, hər zaman ailəmdə vəziyyət yaxşı olsun. Mənim hər iki həyat yoldaşım yaxşı insan olub. Sözə baxmamaq olmayıb. Necə onlar, eləcə də mən onlardan razıyam”. 

Müğənni haqqında gəzən “həkim xanımla eşq yaşayır” xəbərlərini yalanlayıb: 

“Açıqlamalarımda yenidən ailə quracağım haqda demişəm ki, heç vaxt. Amma indi anlayıram ki, heç vaxt heç vaxt demə... Ola bilər ki, yaşım artdıqca, qocalanda bəlkə yenidən bu haqda fikirləşdim və yenidən ailə qurdum. Şayiələr var ki, guya mən həkim xanımla münasibətdəyəm. Amma belə bir şey yoxdur. Bəlkə də var... Amma artıq bu haqda danışmaq istəmirəm. Düşər-düşməzi var. Amma fikrim var ki, bundan sonra yalnız anamla yaşayım”  

Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.   
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

End of content

No more pages to load

RADİO