Xalq artisti Röya Ayxan yeni, qlamur fotosessiyasını təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu layihəsi üçün imicini 180 dərəcə dəyişib.
Röya uzun sarı saçlarını qısa şəkildə kəsdirərək, onları tünd şabalıdı rəngə boyadıb. Estrada ulduzu müxtəlif obrazlarda kamera qarşısına keçib. Onun obrazları üzərində peşəkar heyət çalışıb.
Fotoların müəllifi isə Niko Abbasovdur.
Sözügedən şəkillərin bir neçəsini sosial şəbəkə hesabında paylaşan Xalq artisti, hər dəfə olduğu kimi, bu il də özünü yenilədiyini vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media