Hollivudun “Qızıl qlobus” mükafatının nominantları açıqlandı - FOTO/VİDEO

Hollivudun “Qızıl qlobus” mükafatına nominantların adları məlum olub. Bu siyahıya “Barbi” filmi başçılıq edir. Ekran əsəri 9 xal toplayaraq, “Oppenheymer” tarixi dramını (8 xal) geridə qoyur.

Bizim.Media xəbər verir ki, yay prokatında “Barbenhaymer” kimi keçən bu iki film 2024-cü ilin yanvarında Hollivud mükafatları mövsümünü açacaq “Qızıl qlobus”un təqdimetmə mərasimində müxtəlif kateqoriyalarda yarışacaqlar.

Rejissor Qreta Qerviqin məşhur kukla haqqında filmi “Amerika fantastikası”, “Qalıqlar” və s. kimi filmlərlə yanaşı ən yaxşı komediya və ya musiqi filmi adına iddiaçı olacaq.

Killian Mörfinin atom bombasını yaradan insanı canlandırdığı “Oppenheymer” filmi ən yaxşı kino dramı adına iddialıdır. Bu filmə rəqib Martin Skorsezenin 1920-ci illərdə Oklahomada yerli amerikalıların qətllərindən bəhs edən “Ay çiçəyi qatilləri”dir.

Televiziya kateqoriyalarında “Varislər” ailə dramı 9 nominasiya ilə bütün seriyalara başçılıq edir, onun ardınca 5 nominasiya ilə “Ayı” filmi gəlir.

Ən yaxşı qadın rolu nominantları arasında “Ay çiçəyi qatilləri” filmində Lili Qladstoun, “Eyni binada qətllər”də Selena Qomes və s. olub.

“Bizlərdən sonuncusu”nun ulduzu Pedro Paskal və “Ötən talelər”dən aktrisa Qreta Li 27 nominant arasında ilk dəfə yer alıblar.

Bredli Kuper “Maestro” filmində ən yaxşı kişi roluna və rejissorluğa nominantdır. Film, eyni zamanda, ən yaxşı dramatik rol nominasiyasında da iddialıdır.

Aktyor roluna görə digər nominantlar arasında Kilian Mörfi (“Oppenheymer” filmi), Marqo Robbi (“Barbi” filmi”) və Leonardo Di Kaprio (“Ay çiçəyi qatilləri” filmi) olublar.

“Qızıl qlobus” mart ayında keçiriləcək “Oskar” mükafatının təqdim edilməsində filmlərə təkan verə biləcək əsas müsabiqələrdən biridir.

Bu il “Qızıl qlobus”un nominasiyaları yeni təşkilat tərəfindən seçilib. Yeni təşkilatçılar – “Eldridge Industries” və “Dick Clark Productions” mükafatlandırılma mərasimini kommersiya tədbiri kimi keçirəcək. Onların sözlərinə görə, hazırda münsiflər heyətinin tərkibinə dünyanın 75 ölkəsindən müxtəlif dinə və irqə məxsus 300-dək jurnalist daxildir.

“Qızıl qlobus” “Ən yaxşı kinematoqrafiya nailiyyəti və kassa yığımları” adı altında blokbaster filmləri üçün kateqoriya əlavə edib. Bu, “Teylor Svift: zamanın turnesi” film-konsertinə nominasiya üçün yol açıb.

“Netflix” (NFLX.O) 13 nominasiya ilə kinoprokatçıların siyahısında liderlik edir. “Warner Bros. Discovery” (WBD.O), “HBO” və “Max” telekanalları 17 nominasiya qazanaraq televiziya distributorlarının siyahısında birincidir.

Qaliblər yanvarın 7-də, “CBS” və “Paramount+”un efirində birbaşa yayımlanacaq.
 






Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

End of content

No more pages to load

RADİO