Sevda: "Anam Allaha yalvarıb dedi ki, qızıma övlad ver, canımı al" - VİDEO

"Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva "Evdəkilərə salam" verilişinə müsahibəsində deyib.

S.Sanaliyeva bildirib ki, anası Rəhilə Həmidova nəvə sevinci yaşamadan ağır xəstəlikdən dünyasını dəyişib:

"Müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün anam dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı. Yəqin ki, yaxşı övlad olmuşam, Övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm (ağlayır). Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir".

Qeyd edək ki, Sevda Sanaliyevanın anası Rəhilə Həmidova xərçəng xəstəliyindən vəfat edib. Sevdanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub.

Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO