Mətanət Canananı biabır etdi: "Məqsədi məni öldürüb, mülkümə sahib çıxmaqdır" – VİDEO 

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığı ilə bağlı görüntüləri gündəm olub. 
 
Bizim.Media xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərli “Yaxşıya doğru” ictimai-sosial verilişinin efirə çıxaraq, keçmiş gəlini Canananın ittihamlarına cavab verib. 

Canananın oğlu Kərimdən 7 yaş böyük olduğunu söyləyən Mətanət canlı yayımda onu rüsvay edib. İsgəndərli Canana ilə oğlu Kərimin tanışlığının pərdəarxası şok məqamlarından danışıb: 

"Kərimlə Canananın arasında 7 il yaş fərqi var. Canana Kərimdən 7 yaş böyükdür. 21 yaşlı qız (Canananı nəzərdə tutur - red.) 8-ci sinifdə oxuyan oğlanı (oğlu Kərimi nəzərdə tutur - red.) sevə bilər mi? Oğlum 8-ci sinifdə oxuyurdu. Gördüm ki, o kimləsə telefonla danışır. Dedi ki, ana, sənin fanatın olan bir qızla danışıram. Mən də ondan kim olduğunu soruşanda söylədi ki, Mətanət xanım, sizin fanatınızam. Ondan yaşını soruşanda mənə yalandan 18 yaşının olduğunu dedi. Amma o zaman onun 21 yaşı olub.

Ona telefonda sual verdim ki, oğlum Kərimdən 4 yaş böyüksən, sənin mənim oğlumla nə münasibətin ola bilər?

Sonra bu söhbət mənim yadımdan çıxdı. Canana hər gün oğlumun oxuduğu məktəbə gedirmiş, onu dərsdən çıxarırmış, aparıb onu yelləncəklərə mindirirmiş, yeməyə ona hamburgerlər alırmış. Qızım Ülkər isə oğlum Kərimdən 4 yaş kiçik imiş. İkisinin də əlin tutub parklara gəzməyə aparırmış. Uşaqlar gəlib mənə deyirdilər ki, bəs bizi sənin fanatın zooparka aparır, gəzdirir. Onlara söylədim ki, özünü mənim fanatım adlandıran o qızı gətirin, görüm axı, bu kimdir belə... Kərim onu gətirdi. Mən də bu qıza inandım. Başını aşağı salmış, utancaq vəziyyətdə qarşıma keçdi. Yalandan valideynlərinin Moskva şəhərində yaşadığını söylədi.

Amma sən demə, atası, anası Moskvanın ucqar vilayətinin bir kəndində yaşayırlarmış. Ata-ana bu Canana ilə bacarmayıb, buna görə də gəlib Azərbaycana, Bakıya mənim canım üçün, mənim kimi saf insanlar üçün... 21 yaşlı qız bir gün dayısının, növbəti gün Göranboyda yaşayan nənəsinin evində qalırmış. Valideynləri də uzaqda. Bu qız evdə tək yaşayırmış. Bu qız çıxıb ova, varlı və şöhrətli ailələrin övladlarını tora salmağa. Salıb oğlum Kərimi tora. Bu hadisənin üzərindən iki il keçdi. Oğlum artıq 10-cu sinifdə oxuyurdu. Canana Kərimə öyrədib ki, get anana söylə ki, sən bu qızı mənə almasan, əlimdə olan bu dərmanları içib özümü öldürəcəyəm. Çünki Canananı başqa oğlana ərə verirlər.

Mən də dedim ki, sən nə danışırsan, 10-cu sinifdə oxuyursan, nə evlənmək?

Evlənə bilər, amma axı, uşağımın ailə quracaq yaşı deyil. Heç Kərim Canananı sevmir... Çünki bu sevgi deyil, Canana Kərimi aldadıb. Canana övladımın gözünü açıb və yoldan çıxarıb. Oğlum təhsilini başa vurdu, əsgərliyə gedib gəldi və hardasa, 10 ilə yaxın vaxt keçdi. Günlərin bir günü uşaqlarımla Antalyaya getdim. Yanımızda da Canana var idi. Qızım gəlib mənə dedi ki, bəs, Canananın pasportuna baxmışam. O Kərimdən 7 yaş böyükdür. Bunu öyrənəndə şoka düşdüm. Axı, sənin nə məqsədin var, bizi aldatmısan. Burada söhbət yaşdan yox, məqsəddən gedir. Bilirəm ki, burada çirkin məqsəd var.

Əgər sən düz adamsansa, yaşını niyə gizlədirsən?

Dedim ki, ailəmizdən uzaq dur. Amma o bizdən əl çəkmədi. Canana oğlumu 10 il gözlədi. Əgər sən oğlumu belə istəyirdinsə, niyə onu atıb getdin? Axı, Kərim sənə nə etdi? Axı, niyə sən bizə şər-böhtan atırsan?"

Mətanətin sözlərinə görə, keçmiş gəlininin məqsədi onun mal-mülkünə sahib çıxmaqdır: 

"Canana bizə yaraşmayan şərlər atdı. Canana tək addım atmır, onu məqsədli şəkildə bizə qarşı çıxmağa öyrədirlər. Mən və oğlum Kərim onun bizə yaşatdığı bu stresə görə şəkər xəstəliyinə tutula bilərik. Mən elə bir yaşdayam ki, hər an infarkt keçirə bilərəm. Canana məni nüfuzdan salmaq, məhv etmək istəyir. Canananın öz doğma qardaşı deyir ki, Mətanət xanım, ondan uzaq gəzin.

Onu evinizə buraxmayın, ona qarşı ürəyi yumuşaqlıq etməyin. Onun çox təhlükəli olduğunu deyir. Qardaşı söylədi ki, dəfələrlə Canananı döyüb. Elə oldu ki, Canana gəlib ağladı ki, anam xərçəngdir, öləcək. Anası elə də pis qadın deyildi. Kaş, anası sağ qalardı. Kərimlə Canananın toyuna iki gün qalmışdı. Anasına zəng vurdum, dedim ki, bəs, sənin qızın xoş olmayan bir iş görüb. Anası mənə dedi ki, kül onun başına. Toyu edin, biz biabır olmayaq.

Toydan sonra o “yetimçə” Canananı götürün atın bizim üstümüzə. Bunu onun öz anası bizə söylədi. Canananın tək məqsədi mənə də, oğlum Kərimə də bir şey olsun, bu da gəlsin, mənim hər şeyimə yiyələnsin. Bunun yeganə məqsədi də budur. Canana məni öldürmək istəyir". 
 Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO