Xəbər verdiyimiz kimi, süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, əməliyyatdan sonra sənətçiyə xəstəxanada aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov baş çəkib.
Məmmədov Əliqızı ilə müalicə aldığı palatada birlikdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Hacı Nuran Sevdanın özünü yaxşı hiss etdiyini bildirib.
Rəşad Əliyev, Bizim.Media