Tahir İmanov: \"Vaqif Mustafayev məni otağına çağırıb, yüksək tonla danışırdı\"

"Niyə efirlərdə yoxuq? İstərdim ki, bu sualı ilk olaraq televiziya kanallarının rəhbərlərinə ünvanlayasınız. Əgər bu sualı mənə verirsinizsə, o zaman deyim ki,  burada 3-4 variant cavab var. Səsləndirəcəyim cavabların arxasında müəyyən arqumentlər də var. Televiziya kanallarının rəhbərləri zənglərə cavab vermirlər. Azərbaycan Televiziyasının (AzTV)-nin rəhbəri Rövşən Məmmədov istisna olmaqla. Rövşən bəy zənglərimizə cavab versə də orada layihəmiz yoxdur.

Bir-iki layihə etməyi istədik, amma başa düşdüm ki, bunu etmək üçün televiziyanın gücü çatmadı. Söylədilər ki, kənardan sponsor tap.

İndi isə sponsor tapmaq çox çətin məsələdir. Cavablardan biri də kanallar bizimlə layihə etməyi istəmirlər. Daha bir cavab isə yəqin ki, yumorun etalonunun dəyişməsi ilə əlaqədardır. Yəqin ki, yüz faiz dəyişib. Bu səbəblərdən biz televiziyada yoxuq".

Bizim.Media xəbər verir ki, bu sözləri Şən Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.

Sənətçi kanallarda verilişlərinin olmamasının səbəbini televiziya rəhbərlərinin onlara göstərdiyi yad münasibətlə əlaqələndirib:

"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir. "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov və "Space" televiziyasının rəhbəri Vado Karovin (Hər ikisi keçmiş Şən Hazırcavablar Klubu (КVN) üzvləridir) kanalların rəhbər vəzifəsinə gələndə artıq efirlərində yumoristik verilişləri vardı. Onlar formatı dəyişmək istəmədilər. Yaxşı olar ki, onlar özləri bu suallara cavab versinlər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng vurmaq və ya zəli kimi kimdənsə yapışmaq yoxdur, olmayıb da...

Nə məndə, nə qardaşım Cabir İmanovda, nə dəki nəslimizdə... Əgər dərinə getsək, cavab belə olacaq. Bir dəfə deyib, layihə etməyi təklif edirsən... Yəni kim istəsəydi dəvət edərdi. Təbii ki, mənim həm Murad, həm də Vado ilə normal ünsiyyətim var. Hətta bizim konsertlərimiz də o kanallarda artıq yayımlanmır. Problem isə ondadır ki, artıq bizim yaşımız da gedir. Bu işlə də özümü dolandırmıram. Atam hər zaman deyib ki, işin haqda heç kimə heç zaman heç nə danışma. Bəlkə nə zamanda vaxt gələr bu haqda danışaram".

T.İmanov keçmiş "Space " televiziyasının rəhbəri Vaqif Mustafayevin dəfələrlə ona təzyiq etdiyini vurğulayıb.

"İndi çox rahatam. Çünki hər verilişdən sonra ümumi təzyiqləri götürsək, onlar içində zənglər, dəvətlər var idi... Hər dəfə "Space" televiziyasının  keçmiş rəhbəri Vaqif Mustafayev bizi öz otağına dəvət edib, yüksək tonla mənimlə danışırdı. Mən də belə şeyləri sevmirəm. Ona dəfələrdə deyirdim ki, mənimlə belə səs tonu ilə danışmayın, çünki mən sizin işçiniz deyiləm və sayra... O məndən soruşurdu ki, bu zarafat niyə oldu? Bu sözü niyə belə söylədiniz? Bu fikri səsləndirəndə nəyi nəzərdə tuturdunuz? Təsəvvür edin ki, mən Vaqif Mustafayevə zarafatın mahiyyətini izah edirdim.

O, elə adamdır ki, onun öz əsərləri dəfələrdə qadağan olunub. Yəni özü bu kimi hallarla rastlaşan insan bizi o qadağa prosesinin əvvəlində və mənbəyində durmuşdu. O öz əsərlərindəki yumoru kiməsə izah edə bilər, amma mən heç zaman izah etmirəm. Niyə mən 1990-ci illərdə izah etməmişəm, indi etməliyəm ki? Bəs mənə deməzlər ki, nə oldu Tahir kimdənsə qorxdu? Kimdən qorxdunuz? Niyə o zamanlar izah etmirdiniz amma indi edirsiniz?
Düşünmürəm ki, indi prinsipləri dəyişmək vaxtıdır. Burada sadəcə başqa məqsəd durur. İstəyirlər biz hazırıq, istəmirlərsə öpürəm, Allah can sağlığı versin və işlərində uğurlar".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO