Dünyaca məşhur müğənni və model Paris Hiltonun ikinci övladı olub.
Bizim.Media xəbər verir ki, bu haqda Paris sosial şəbəkə hesabında məlumat yayıb.
O, qız övladına London adı verib. Paris paylaşdığı fotolara "Körpə qızım üçün, təşəkkür edirəm" sözlərini yazıb.
Qeyd edək ki, P.Hilton 2021-ci ildə iş adamı Karter Reumunla ailə qurub. Müğənninin bu il surroqat anadan dünyaya gələn bir oğlu da var.
Rəşad Əliyev, Bizim.Media