Tahir İmanov QƏZƏBLƏNDİ: \"Televiziyalar \"mənə maçı ver\" oxuyan müğənniləri təbliğ edir\" - VİDEO

"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Adları, hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, “onlar kimdir?”, sonra da başlayacaqlar onların adlarını internetdə "Google" da axtarmağa.

Sonra xalq artisti Brilliant Dadaşova  gəldi və s.. Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər. İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."

Bizim.Media xəbər verir ki, bu sözləri "Planet Parni İz Baku" komandasının məşhur üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "Фруктовый чай" verilişində deyib.

Aktyor musiqi mədəniyyətində baş alıb gedən özbaşınalıqlara, bayağılığa və xaosa üsyan edib. Əməkdar artist bunun günahını televiziyalarda təbliğ olunan bayağılıqda görüb:

"Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranmışdı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası yoxdur... Çünki televiziya belə bir vəziyyətə gətirib hər şeyi çıxarıb. 

Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yox idi... Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq. Sonu olmayan böyük repertuarımız var. Mən xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir. Orada lirika, 6/8-lik ritm və vals da var. Ümumiyyətlə, nə istəyirsən var..."

T.İmanov fəxri adı olan müğənnilərin məşhur bəstəkarlarımızın yaratdığı əsərləri deyil, kimliyi bəlli olmayan qeyri-peşəkarların mahnılarını oxumasına qarşı çıxıb:

"Niyə bizim Xalq və Əməkdar artistlər Bokanın repertuarından mahnılar oxuyurlar və ya Azərbaycan mədəniyyətimizə heç bir aidiyyatı olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət. Müğənnilərimiz "Başımızın üzərindən durnalar uçur" adlı mahnı oxuyurlar. Haradadır böyük və məşhur bəstəkarların mahnıları? Niyə bu bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir... Özümə yer tapa bilmirəm görəndə ki, Xalq və Əməkdar artistlər və onları başqa Xalq artisti musiqiçi müşayiət edib, anlaşılmaz adamların repertuarından mahnılar oxuyurlar. Soruşanda ki, niyə belə mahnılar oxuyursan, o, cavab verir ki, “məclis sahibləri belə istəyirlər". Axı siz onlara deyə bilərsiniz ki, nə oxuyacam, nə də ifa edəcəm. İnanın səmimiyyətimə mən şəxsən bütün bu mahnılara dözə bilmirəm".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO