Kərim əsəbiləşdi: “Tünzalə həmkarlarını alçaltmağı sevir” - VİDEO

“Tünzalə Ağayeva səhnədə mənə qıcıq vermir. Guya o, “A”, mən isə “B”, “C” kateqoriyasındanam. Elə hesab edir ki, özünün oxumağı “ali” dərəcədir.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov küsülü olan həmkarı Xalq artisti Tünzalə Ağayevanın ünvanına söyləyib. 

Sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində bildirib ki, Tünzalə digər həmkarlarından özünü üstün gördüyü üçün onları alçaldır:

“Bir müğənnini bəyənə də, bəyənməyə də bilərsən. Bu normal haldır. Görəndə ki, hansısa müğənni, bu Xalq və ya Əməkdar artist də ola bilər, həmkarını efirdə dəfələrlə alçaldırsa, “ara oxuyanlar”, “qıjı müğənnilər”, “gəlsinlər yanıma onlara dərs keçim, məktəb öyrədim”... Kənardan baxıram, deyirəm ki, belə öyrətmək istəyirsənsə, get sıfırdan bir ifaçını yetişdir, elə onu öz məktəbin. Çıxart de ki, bu ifaçı mənim məktəbimdir. Baxın, dinləyin... Eləmisənmi? Xeyr, etməmisən! Amma çıxırsan efirlərdə Türkan Vəlizadəni və onun simasında digər həmkarlarını vurursan. Onlar susurlar... Amma xoşaqəlməz sözləri onlara deməklə sənin qoltuğun “şişir”, bir az da vurursan. Amma mən bunlara susa, göz yuma bilmirəm. Deyirəm ki, bir dəqiqə dayan, çox irəli getdin. Ona görə dedim ki, Tünzalənin səsi gələn radionu mən dəyişirəm. Mən bunları sırf sənət mövqeyindən danışıram. Şəxsi münasibətlərə keçmirəm”.  

Abbasov Ağayevanın illərlə vokal müəllimlərindən dərslər alsa da, ifa etdiyi mahnılarda vurduğu boğazların düzgün olmadığını söyləyib:  

“Tünzalənin oxuduğu mahnılarda, vurduğu boğazlar var “ooouuu”.... Tam səmimi... İnsan bəlkə 6-7 il gedib vokal müəllimin yanına, amma hələ də o boğazlarını düzəldə bilmir. O musiqiçidir, bilir mən nə deyirəm. Onun digər mahnılarında daha əvvəl etdiyin o boğazları görmürəm. “Tellərini yana dara qız” mahnısına qulaq asanda Tünzalə “ooouuu”  boğazlarında həddən artıq çox edib. Əgər səhvdirsə, birinci öz səhvimizə baxaq.

Görək biz nə oxuyuruq, sənətdə hansı səhvi edirik... Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər... Amma siz axı vokal müəllimlərindən dəsr almısınız. Necə bu səhvləri edə bilərsiniz? Siz bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Biraz özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Amma bu həyatda çarxı-fələk var... İndi baxıb, görürəm ki, hamı Tünzalənin üzərinə gedir”. 

Kərim bildirib ki, son zamanlar Tünzalə oxuduğu mahnıları ilə deyil, bir-birində açıq-saçıq geyimləri ilə gündəmdədir: 

“Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Hamı sizi şərhlərdə tənqid edir... Haqsızdırlar yoxsa haqlıdırlar? Siz özünüz bunları etdiyinizə görə, indi də sizi belə tənqid edirlər. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. Filankəs müğənni mənim səviyyəm deyil kimi söhbətlər etməyin... Olmaz!”. 

Abbasov həmçinin Ağayevanın illər əvvəl müsahibələrinin birində söylədiyi “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur” sözlərini xatırlayaraq, Tünzalənin özünün bu ifadələrə məhəl qoymadığını vurğulayıb:

“Kiminsə oxumağında, sənətində, xarici görünüşündə qüsur tapmaq çox asandır. Bu günki gün isə baxırsan ki, Tünzalə xanımın qüsurlarını tapıb, ortalığa çıxardırlar. O qədər onu vururlar... İstəməzdim onu bu qədər vursunlar. Niyə Tünzalə xanıma deyilməlidir ki, geyimində problemi var? Niyə deyilməlidir? Bəlkə doğurdan da geyimində problem var, bəlkə də yoxdur... Tünzalə xanım kompleks yaşayır. Tünzalə xanım nəyisə kiməsə sübüt etməyə çalışır... Nəyisə kiməsə göstərmək istəyir. Səhnə adamıdır, açıq da geyinməlidir... Bununla razıyam.

İllər əvvəl Tünzalə xanımla bir Xalq artisti ilə münasibətləri pozulmuşdu. Tünzalə xanım kanalların birində müsahibəsində söyləmişdi ki, “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur”. Bəli bu sözləri indi mən Tünzalə xanıma ünvanlayıram və istəyirəm buna bir şərh, cavab versin. Bu günki gündə əgər siz özünüz buna əməl etmirsiniz ki, bunu zamanında qüsur tutmaq lazım deyil. Yaşayın, özünüz üçün, heç kimi alçaltmayın. Çünki bu, məndə qıcıq yaradır”.

 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

End of content

No more pages to load

RADİO