Tolik efirdə Əli Mirəliyevə QƏZƏBLƏNDİ: “İlhamə xanım sizi həndəvərinə buraxmayıb” - VİDEO

Müğənni Əli Mirəliyev və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasında efirdə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “Elgiz izlə” ictimai-sosial verilişində qohumu, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında söylədiyi “Mən onun “ağsaqqalı” olmuşam” sözləri olub. 

Tolik əsəbi halda “Əli Mirəliyev, rəhmətlik İlhamə Quliyeva sizi çox istəyirdi? Amma bu suala dəqiq və səmimi cavab verin” dəyə Əli Mirəliyevə sual ünvanlayıb.

Müğənni isə qısa olaraq “Yox! O, heç kimi çox istəməyib” cavabını verib.  

Bundan sonra Tolik Əli Mirəliyev ilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən danışıb.

Prodüser bildirib ki, mərhum heç zaman Ə.Mirəliyevi yaxınına buraxmayıb: 

“İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxanın toyunu mən prodüser olaraq təşkil etmişdim. Siz Əli müəllim orada yox idiniz. O toyda nə siz, nə sizin qızınız, nə dəki sizin həyat yoldaşınız vardı. İlhamə Quliyevanı Cənab Prezidentimiz “Şəfər” ordeni ilə mükafatlandırmışdı. Bu münasibətlə İlhamə xanım üçün məclis təşkil etmişdim. Orada 300 qonaq vardı. Nə sən, nə sənin qızın, nə dəki həyat yoldaşın o məclisdə yox idi. İlhamə Quliyeva ölümündən 3 gün əvvəl keçirdiyim tədbirdə iştirak etmişdi. İlhamə xanım siz Əli Mirəliyevi heç qapısına belə qoymurdu.

Niyə yalan deyirsiniz ki, o, sizi evinə gəlməyə icazə verirdi? Nə boş-boş camaatı aldadırsınız?

5 il İlhamə Quliyevanın yanında olmuşam. Bir dəfə də olsun onun nə tədbirində, nə evində, nə dəki masasında görmüşük. Niyə çıxıb yalandan deyirsiniz ki, İlhamə Quliyeva sizə deyib ki, qohumlarımdan, bacım İradədən mənə əzizsən? Harada deyib bu sözü İlhamə xanım? Boş-boş danışma. O sizin ailənizi heç Orxanın toyuna belə çağırmadı. O qoymadı ki, siz ora gələsiniz. Sizi heç qapıdan içəri belə qoymadı. Siz niyə çıxıb efirdə ölənin arxasınca danışırsız? Siz İlhamə Quliyevanın sağlığında heç zaman ürək edib onun üzünə deyə bilməzdiniz ki, Flora xanım siz İlhamə xanımdan daha yaxşı oxuyur... İndi boş-boş ağzınızı açıb, deyirsiniz ki, güya belə sözlər demisiniz İlhamə xanıma. Siz İlhamə Quliyevanın üzünə çıxan insan idiniz? Siz heç İlhamə xanımın sağikən onun bacısı İradə xanımın qapısına gedirdiniz? Onlar sizi heç qapısına belə qoymurdular. Ayıbdır, yekə kişisiniz...

Belə yalan sözlər niyə danışırsınız?

Deyirsiniz ki, İlhamə Quliyeva məni yanına çağırıb....Vallah İlhamə xanım Əli Mirəliyevi heç həndəvərinə qoymurdu...  Sizin qızınız və xanımınız hər zaman qalmaqallardan uzaq olub. İlhamə xanım dünyasını dəyişəndən sonra o qədər yalanlar danışdınız ki... Mən hər gün İlhamə xanımın yanında olmuşam. Onun hətta “Hammer” markalı avtomobili mənim adıma idi... Mən o avtomobilin sükanı arxasına əyləşib İlhamə xanımı rayonlara aparırdım. Amma bir dəfə də olsun sizi nə onun yanında gördüm, nə də ki onun sizin adınızı çəkməyini eşitdim. Siz amma çıxıb efirlərdə deyirsiniz ki, güya mən Əli Mirəliyev İlhamə Quliyevanın “ağsaqqalı” olmuşam. Olmaz bu qədər yalan danışmaq”.  

Qeyd edək ki, Əli Mirəliyev sözügedən proqramda bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyeva xəstəikən ona baxan qızı Samirə olub.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO