Xalq artisti Natiq Şirinov qızı Sevilin nişanından fotolar paylaşıb.
Bizim.Media xəbər verir ki, sənətkar ailəsi ilə birgə çəkilən şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Fotolarda Sevilin nişanlısı Semih, N.Şirinovun həyat yoldaşı Sevinc Şirinova, oğlu Ümid, gəlini Fatimə və nəvəsi də yer alıb.
Nağara ustadı məclisdə iştirak edən qudaları Xalq artisti Alim Qasımov, onun həyat yoldaşı Tamilla Qasımova və qızı Əməkdar artist Elnarə Qasımova ilə lentə alınan şəkilləri də yayımlaylb.
Qeyd edək ki, Natiq Şirinovun qızı bir neçə gün əvvəl paytaxtın dəbdəbəli restoranlarının birində Türkiyə vətəndaşı ilə nişanlanıb.
Rəşad Əliyev, Bizim.Media