Dünya pop səhnəsinin ulduzu Rihanna “Puma x Fenty” brendinin yeni kolleksiyasının reklamında rol alıb.
Bizim.Media xəbər verir ki, 3-cü övladına hamilə olan ulduz 2014-cü ildən yaradıcı direktoru olduğu idman brendi ilə birgə “Creeper Phatty” idman ayaqqabısının yenilənmiş versiyasını təqdim edib.
Fotolarda Rihanna qısa ağ saçları, uzun dırnaqları, həcmli bənövşəyi qısa gödəkçəsi və məşhur ayaqqabıları ilə cəsarətli pozlar verib.
Platforma idman ayaqqabılarını dekabrın 1-dən üç yeni rəngdə satışa çıxaracaq. Rihannanın idman nəhəngi “Puma” ilə əməkdaşlığı 2017-ci ildə, müğənni “Fenty Beauty” və “Savage x Fenty” brendlərini inkişaf etdirdiyi üçün dayandırılmışdı.
Rəşad Əliyev, Bizim.Media