Nazənin Təranəyə OD PÜSKÜRDÜ: “Həyat yoldaşımın köhnə məşuqəsi...” - VİDEO

“İnsan var ki, yanıqlı qalıb. Onu başa düşmək lazımdır. Belə şeylər olur… Həyat yoldaşımın köhnə məşuqəsinin sözünü danışmaq istəmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi uzun zamandan bəri düşmən kəsildiyi həmkarı Təranə Qumralın “Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı bax mənə. Gözlərin zəif görür” sözlərinə sərt şəkildə cavab verib:  

“Həmin qadın çıxıb deyir ki, səni bir dəfə mıxlamışam. O məni… Tamaşaçıların yadına salmaq istəyirəm ki, həmin o qadın verilişlərin birində atmışdı özünü yerə, gözünə həcmli eynək taxıb, bütün qurumlara müraciət edib deyirdi ki, Nazənin məni həbs etdirmək istəyir, xilas edin məni. Özünə güclü deyən xanım verilişlərə çıxıb, özünü yerə çırpar?

Deyəsən onun o günlər yadından çıxıb. Bu tamaşaçıların yadındadır. “YouTube”dan, saytlardan sildirməklə deyil. Əgər onun yaddaşı zəifdirsə mən yadına sala bilərəm. Danışdıqca batacaqsan! O dərəcəyə çatdırmaq istəmirəm ki, özümə də ayıb bilirəm ki, bəzi məsələlərin üstünü açım. Özünü ağıllı göstərib, zeyni dərəcəsi aşağı olan insanlar ki var, Allah belə insanları heç kimlə qarşılaşdırmasın. 

Bu gün reklam və efirlərə çıxmaq xətrinə nə gəldi uydururlar. Birini infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini nəzərdə tutur – red.). And olsun Allaha ki, heç belə şeylər yoxdur. Bilin ki, bunlar hamısı reklama görədir. İnsanları bu yaşda, saç-qaş ağarıb, aldatmaq olmaz.

Jurnalistlərə yalvarırdı ki, bəs bu açıqlamaları yaymayın. Mənim öz həyat yoldaşımın açıqlamaları vardı. Çünki bir insan çıxa şər və böhtan ata, onun qarşılığında məhkəməyə verdim. Bu insan verilişlərin birində prodüserim Pərvizlə mübahisəsi düşdü. Sonra həyat yoldaşını göndərdi Pərvizin üstünə. O da onun cavabını verdi. Sonra bir dəstə insan toplayıb Pərvizin üzünə durdurdu”. 

Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının “Bazar səhəri” verilişində yaranmışdı.  Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub” deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi. 

Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi.

Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdir ki, düşmən mövqeyindədirlər.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

İranda zəlzələ olub

İranda zəlzələ olub

“iPhone Fold” belə olacaq - FOTO

“iPhone Fold” belə olacaq - FOTO

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

End of content

No more pages to load

RADİO