“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin daimi şüarı açıqlanıb.
Bizim.Media xəbər verir ki, şüarı Avropa Yayım Birliyi (AYB) artıq təsdiqləyib.
Onlar yarışma üçün “Musiqi ilə birləşənlər” (United by music) ifadəsini seçiblər. Bu şüar isə 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.
Qeyd edək ki, “Avroviziya-2024” 7, 9 və 11 may tarixlərində İsveçdə Malmö Arenada baş tutacaq.
Rəşad Əliyev, Bizim.Media