Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlarına Azərbaycandan olan namizədlərin kimliyi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda "Pantene Azərbaycan"ın sosial şəbəkə hesabında paylaşım edib.
Namizədlər arasında 2020 və 2021-ci ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi yer alıb.
Bu məşhurlar gecədə "Ulduzu parlayanlar" kateqoriyasında mübarizə aparacaqlar.
Rəşad Əliyev, Bizim.Media