Təranə Səmədovanın qızı: "Nənəm öləndən sonra anam başını itirdi" - VİDEO

"25 iyul 2021-ci il tarixinə qədər nənəm uşaqlıqdan hər zaman yanımda olub. O rəhmətə gedəndən sonra sanki həyatımdan bir parça getdi. Hər zaman nənəmlə birlikdə qalmışam. Anam gəlib-gedirdi yanımıza. Nənəmlə yaşamışam. Ən çox nənəmi məktəbə gedən illərdə xatırlayıram. Dərslərimə kömək edirdi. Məni məktəbə nənəm aparıb, gətirirdi. Yanımda olurdu. Çox darıxıram nənəm üçün. Anam da bilirdi ki, nənəmi ondan daha çox istəyirdim. Çünki gözümü açandan nənəmi görmüşdüm".

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Adel "Günaydın, Azərbaycan!" səhər şousunda müsahibəsində deyib.

2 il əvvəl nənəsi İradə Səmədovanı itirən qızcığaz onunla bağlı xatirələrini dilə gətirib:

"Mənim üçün nənəmi itirmək çox ağır oldu. Nənəm sağ olsaydı, o qoymazdı nə bizim (özü ilə bacısı Adeli nəzərdə tutur - red), nə də ki anamın başına belə hadisələr gəlsin. Nənəm anamın başında bir dilək idi. Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi. Bir dəfə nənəm yuxuma girdi, dedi ki, görürsən mən sənə demişdim belə olacaq. Nənəm mənimlə dalaşandan sonra deyirdi ki, öləndən sonra qədrimi biləcəksən. Bir dəfə yuxuma gəlmişdi. O çox pis kədərlənmişdi. Söylədi ki, mən sənə demişdim axı ölsəm sən belə olacaqsan. O bilirdi ki, hər şeyin axırı elə məhz belə olacaq. Nənəm məni hamıdan qoruyurdu. Hər zaman məni gözünün üstündə saxlayırdı. Nənəmin mənə son sözü “özünə yaxşı bax” oldu. O elə bu sözlərdən sonra 5-10 dəqiqə keçdi və dünyasını dəyişdi. Bacım Adel nənəmi görməyib. Kaş o da nənə sevgisini görərdi..."

Təranənin qızı bacısı Adeldən də söz açıb. Suel bildirib ki, anaları yanlarında olsa da, bacısına ana əvəzi olub:

"Adelə mən analıq etmişəm. Baxmayaraq ki, anamız Təranə yanımızda olub. Amma bacıma mən baxmışam. Ona görə də, o anamdan çox məni və mənim qoxumu tanıyır. Ad günümdə getdim bacımla görüşə (Hazırda Suelin bacısı Adel sığınacaqda qalır - red.). Adel artıq böyüyüb. O ilk addımlarını atır. Adel ilk dəfə məni görəndə tanımadı. Sonra isə tanıdıqda məni buraxmadı. Gedəndən sonra arxamca çox ağlayıb".

Müsahibəsinin sonunda Suel anası Təranə Səmədovanı etdiyi səhvlərə görə, bağışlaya bilmədiyini dilə gətirib:

Təbii ki, Təranə mənim anamdır. Onu atmaram. Amma onun etdiyi səhvlərə görə, onu bağışlamaq çox çətindir".

Xatırladaq ki, Suel "Səni axtarıram" ictimai-sosial verilişinə çıxaraq anası prodüser Təranə Səmədovadan imtina etdiyini və adiyyatı dövlət qurumlarından anasının əlindən qəyyumluğu alınmasını müğənni Rəqsanə İsmayılovaya verilməsini istəyib. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.  
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

End of content

No more pages to load

RADİO