Dubayda yaşayan azərbaycanlı model Samirə Ağayeva ərəb iş adamı ilə nişanlanıb.
Bizim.Media xəbər verir ki, uzun müddətdir Dubayda yaşayan model bu barədə İnstagram hesabında məlumat verib.
Hər iki sevgili bir-birlərinin adlarını İnstagram səhifəsində qeyd edərək, sevgi münasibətlərində olduqlarını elan ediblər.
Xatırladaq ki, Samirə Ağayeva “Best Fashion Model-2017”, “Miss Europe-2018” və “Miss Elegant-2018” kimi titulların sahibidir.
Modelin nişanlısı ərəb mənşəli Salman Əzizi adlı biznesmendir. O, qaz və neft sektorunda çalışır.
Bizim.Media