Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı, həmkarı Mirsaleh Əliyev tərəfindən şiddətə məruz qaldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib.
Sənətçi bildirib ki, keçmiş əri dörd aylıq qız övladına əl qaldırdıqdan sonra ondan ayrılıb:
“Keçmiş həyat yoldaşım (müğənni Mirsaleh Əliyev – red.) aramızda mübahisər olurdu. Əməllərinə dözdüm. Lakin 4 aylıq uşağı vurmasını ona keçə bilmədim. Bəlkə də məni vursaydı, qəlbim ona qırılsa da keçmək olardı. Sonu da belə oldu. Şəxsiyyət olaraq o insan gözümdən düşdü. Keçmiş həyat yoldaşım mənə avtomobildə də əl qaldırmışdı. Kişilərin güya haqlı məqamları olur, qadın hər şeydə isə haqsız olur”.