Fədayənin anası: “Qızım həbsə düşəndə dedim ki, kişinin başına iş gələr, möhkəm ol” - VİDEO

“Fədayə uşaqlıqda oğlan kimi olub. Dünyaya gələndən onu oğlan kimi  geyindirmişəm. Bacısı İlahəyə donlar, kukla alanda, Fədayə şalvar, velosiped almışam. Məktəbdə Fədayə əlaçı olub. Hətta yuxarı sinifin riyaziyyat fənnindən də başı çıxırdı. Oğlu Əhləmə hər zaman lay-lay çalırdı. Elə oradan anladıq ki, Fədayənin gözəl səsi var. O özü də çox yaxşı ana oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçının anası Təranə Qarayeva “Xəzər axşamı” verilişinə müsahibəsində deyib. 

Təranə xanım Fədayəni uşaqlıq yaşlarında bir dəfə döydüyünü bildirib: 

“Mən harasa gedəndə Fədayə mənimlə getmirdi. Günlərin birində  qonşuya gedəndə gördüm ki, arxamca gəlib. Onu buna görə vurdum ki, niyə mənim icazəm olmadan gəlmisən. Bu hadisədən sonra Fədayə bir də arxamca heç yerə gəlmədi (gülür). Həmin hadisə yadıma düşəndə deyirəm ki, axı niyə onu belə vurdum”. 

Müğənninin  anası bildirib ki, iki dəfə ailə həyatı qurub: 

“Qızım İlahə ən saf məhəbbətimdən dünyaya gəlib. Fədayə isə qəmli vaxtıma düşdü. Ona görə də ona münasibətim başqadır. İlahənin üç yaşı vardı. Mən isə kənddə qayınatamgildə qalırdım. Həyat yoldaşım Bakıda fizika-riyaziyyat fakültəsində oxuyurdu. Eşitdim ki, o kimləsə ailə qurub. O zaman Fədayə hamilə idi... Atam-anam vardı. Onlar saxladılar Fədayənin oğlunu. Mən çox əziyyət çəkmədim. Sonra isə mən ikinci dəfə ailə qurdum”. 

Fədayənin anası onun həbsə düşməsindən böyük sarsıntı keçirdiyini bildirib: 

“Mən Fədayəni oğlan kimi böyütdüyümdən elə bilirdim ki, oğlumdur. O hadisə olanda (Fədayənin həbs olunması – red.) çox pis olduq. Fədayə həbsxanadan mənə zəng vurdu. İstədi ağlaya, amma dedim ki, ağlama. Mən səni oğlum kimi saxlamışam. Sən mənim oğlumsan. Kişinin başına iş gələr. Möhkəm ol. Ona belə desəm də, amma ürəyimdə çəkdiyimi çəkdim (ağlayır)”. 

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

End of content

No more pages to load

RADİO