Öldürülən müğənninin anası qətlin səbəbini açıqladı: “Qızımdan 30 min manat pul istəyib” - VİDEO

“Kürəkənim Anar Həşimov heç yerdə işləmirdi. Qızım ona ərə gedəndə bir ay evdə söz-söhbət oldu. Anar o qədər yalanlar söyləmişdi ki... Qızım Yaqut ona ərə  gedəndən xoş günü olmadı.

"Ayrıl, qoy çıxsın getsin haradan gəlmişdirsə elə ora" deyirdim. Amma Yaqut cavab verirdi ki, ortalıqda Benyamin oğlum var. Sonda da gəldi bu yerə çıxdı. O evi də biz almışıq. Kürəkənim gəlib hazır evdə oturub. Hələ Yaqut ona avtomobil də aldı ki, getsin taksi kimi işləsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Haşımovanın anası “Günə son” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

Mərhumun anası bildirib ki, bu dəhşətli hadisənin baş verməsinə səbəb kürəkənin onun qızından 30 min manat pul istəməsi olub: 

“Hansı gün Yaqut ona pul verirdisə, o gün onunla xoş davranırdı. Pulu verməyib götürüb evdəki əşyaları doğrayıb, eyvandan aşağa tullayıb. Üç dəfə Yaqut evə polis çağırıb. Gəlib qızımdan 30 min manat pul istəyib. Yaqut niyə ona o pulu verməli idi ki? Sən get özün işlə, o pulu da qazan. Bıçaq qızımın şah damarına necə dəyibsə, damar partlayıb.  Bir də bıçağı atıb  qızımın başının alın hissəsinə. Qızım beynindən əməliyyat keçirmişdi, orada iz qalıb. Bıçaq onun əməliyyat olunan yerinə dəyib.  Qızımı doğmalarım, nəslim-köküm öldürdü”.  

Y.Həşimovanın atası kürəkəninin narkotin alüdəçisi olduğunu söyləyib: 

“Qızım Yaqut deyirdi ki, ata, ərim Anarı evə qeydiyyata sal. Yox cavabını verdim. Zaman gələr görərsən ki, qızım, atan uzaqgörəndir. Kürəkənim Anar o qədər danışırdı ki, o qədər siqaret çəkirdi ki... Gördüm ki, başım fırlanır. Gözlərinə baxıb gördüm ki, içi qıpqırmızı idi. Bildim ki, bu “çəkir”. Gəlib həyat yoldaşıma söylədim ki, kürəkənimiz Anarın həyatı pozulub. O atası kimi olub”. 

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb. 
 Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

End of content

No more pages to load

RADİO