Aparıcı Zaur Nəbioğlu atasına böyrəyini verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zaur bu haqda aparıcısı olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Nəbioğlu buna görə altı ay efirə çıxmadığını bildirib:
“Atam çox ağır bir əməliyyat keçirib. Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O razı olmurdu, “yox” deyirdi. Atam bu haqda əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin”.
Rəşad Əliyev, Bizim.Media