Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının İsrail ərazisini raket və ağır arteleriya qurğuları ilə atəşə tutulması fonunda Qlyukoza ləqəbilə məşhurlaşan rusiyalı müğənni Natalya İonova ailəsi ilə birlikdə Tel-Əvivdə bomba sığınacağında gizlənmək məcburiyyətində qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak teleqram kanalında məlumat yayıb.
Kseniya bildirib ki, Bruno Marsın konsertini izləmək üçün İsrailə gedən Natalya həyat yoldaşı Aleksandr Çistyakov, qızları Lida və Vera ilə iki gündür ki, sığınacaqda qalıblar.
Müğənni sosial şəbəkə hesabında uçuşlarının ləğv olunduğu üçün ölkədən çıxa bilmədiklərini yazıb.
Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində İsraildə həlak olanların sayı 700-ü keçib, 2382 nəfər yaralanıb.
Rəşad Əliyev, Bizim.Media