İtalyan kinoulduzu Sofi Loren xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, 89 yaşlı əfsanəvi aktrisa Cenevrədəki evində yıxılaraq ayağı sınıb.
Loren müayinə üçün xəstəxanaya çatdırılıb və bir neçə omba sınığı aşkarlanıb. Bundan sonra o təcili əməliyyat olunub.
Hazırda Sofinin oğulları Edoardo və Karlo aktrisanın yanında qalaraq, ona qulluq edirlər.
Rəşad Əliyev, Bizim.Media