Məşhurlar “Bilik günü” xatirələrindən DANIŞDILAR – VİDEO 

Bu gün - sentyabrın 15-də Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik günü” qeyd olunur. 

Bizim.Media xəbər verir ki, ölkəmizin mədəniyyət və incəsənət xadimləri əlamətdar gün ilə bağlı “Sabahın xeyir, Azərbaycan!” verilişinə xatirələrini bölüşüblər. 

Xalq artisti, müğənni Gülyaz Məmmədova: 

“Şəki rayonu, “Böyük Dəhnə kəndi”nin 1 nömrəli tam orta məktəbdə təhsil almışam. 1977-ci ildə dayımın həyat yoldaşı Flora müəllimə bizə gəldi söylədi ki, istəyirəm ki, Gülyaz mənim sinfimdə oxusun. Ən maraqlısı odur ki, o bütün qohumlarını bir sinfə yığmışdı. Orada dayı-xala-bibi qızları bir sinifdə idi. Ən yaxşı günlərim o idi ki, gəlib bizim səsimizə qulaq asıb Bakıya müsabiqələrə yollayırdılar. Səsimi isə mən beşinci, Gülyanaq isə ikinci sinifdə oxuyanda kəşf etdilər.

O zamanlar hər rayonun özfəaliyyət konsertləri olurdu. Orada bəstəkar Ələkbər Tağıyevin yazdığı “Azərbaycan gəncləri” mahnısı ilə çıxış etmişdik. AzTV isə bizi çəkmişdi. Bu, unudulmaz xatirələrdir. Tələbələrimə hər zaman deyirəm ki, savad və bilik olmasa hər bir yerdə müvəqqəti işləyəcəksiniz. Mütləq şəkildə savadlanmaq və peşəkar təhsil almaq vacibdir. Bütün balalarımıza gözəl təhsil almağı, oxumağı arzu edirəm. Müəllimlərinə diqqətlə qulaq assınlar. 

Xalq artisti, aktrisa Zemfira Əbdülsəmədova: 

“8-ci kilometr qəsəbəsində 70 nömrəli tam orta məktəbdə oxumuşam. Sonradan isə orta təhsilimi 250 nömrəli tam orta məktəbdə davam etdim. Məktəb illərini xatırladıqda, insanın ən birinci yadına saf, təmiz xatirələr düşür. Anamın ütülədiyi ağ köynəyi, göy ətəyi, ağ uzunboğaz corabları və eyni rəngdə ayaqqabıları geyinib dərsə gedirdim. Məktəbli formamı hər gün anama ütülətdirirdim. O qədər məsuliyyətli idim ki... Hər zaman məktəbə hazır şəkildə getmək istəyirdim.

Buna görə də ilk gündən o səliqəni yaratmışdım. Biz birinci sinfə gedəndə nəyisə və nələrisə arzu edirdik. O illərdə kimsə kosmonavt, kimsə müəllim, kimsə beynində uydurduğu qəhrəmana bənzəmək istəyidi. O hissləri heç zaman unutmayın, sevin, arzu edin, yaxşı oxuyun. Müəllimlərin dediyini “su” kimi için. Hər şey yaxşı olacaq. Arzularınıza doğru gedin”. 
Əməkdar artist, aktyor Nicat Kazımov: 

“Hər dəfə məktəb başlamazdan əvvəl mənə çox qəribə həyəcan gəlmişdi. Sevinirdim ki, bir yaşda böyüdüm. Məktəbi bitirmək üçün isə çox təlaşlanırdım. Gözləyirdim ki, axı nə zaman məktəbi bitirəcəyəm və ali məktəbə qəbul olunacağam. Ceyranbatan ərazisində yerləşən 8 nömrəli məktəbə getmişəm. İki il orada oxumuşam. Daha sonra isə Sumqayıt Şəhər Hacı Zeynallabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə təhsil almışam və həmin məktəbi də uğurla bitirmişəm.

İlk dərs günüm 1979-cu ildə sentyabrın 1-də olub. Məktəbə getməzdən iki gün əvvəl məni tok vurmuşdu və bu səbəbdən uzun müddət yazı yaza bilmirdim. Barmağımın da bir hissəsi yoxdur. Məktəblilərə aydın zəka arzulayıram. Dərslərini sevsinlər. İndidən qarşılarına məqsəd qoysunlar ki, böyüyəndə hansı peşənin sahibi olmaq istəyirlər. Həmin peşə uğrunda da orta məktəbdə irəliləsinlər. Bütün dərslərini yaxşı oxusunlar. Çünki bilmək olmaz həyatdır, bəlkə bütün dərslər onlara gələcəkdə lazım olacaq. Müəllimlərin sözünə baxsınlar, ağıllı-kamallı olsunlar”. 

Müğənni Nərmin Kərimbəyova: 

“Bakı şəhəri, Yasamal rayonunda yerləşən 167 nömrəli tam orta məktəbdə təhsil almışam. Məktəb evimizə yaxın olub. Məktəbimi də dəyişməmişəm, 11 il orada oxumuşam. Müəllimim çox yumuşaq qəlbli və savadlı insan olub. Hər zaman ünsiyyətcil bir məktəbli olmuşam. Hələ də insanlara qarşı ürəyimdə eşq var. Toppuş uşaq idim. Elə o vaxtdan bəri heçnə dəyişilməyib (gülür).
Birinci sinfə gedəndə yanımda bir arıq qara qız var idi. Onunla ilk gündən bəri dostlaşmaq istəyirdim. Onu əlindən tutdum. O isə əlini çəkib, mənə baxıb söylədi ki, mənə toxunma. Məktəbi ilk gündən sevmişəm. İndi qızımı məktəbə hazırlaşdırıram. O həyəcanı onun əvəzinə özüm keçirirəm. Arzu edirəm ki, uşaqlar yaxşı oxusunlar. Valideynlər də rahat olsunlar. Son 10-15 ildir ki, təhsilimiz çətinləşib, ağırlaşıb. Heç də asan deyil. Uşaqlar indi dərslərdən daha da yüklənirlər. Müəllimlərin də payına çox iş düşüb və onlara çox çətindir. Adi proseslər deyil. İstəyirəm ki, hamı rahat yaşasın. Təhsillərində uğurlu olsunlar. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

End of content

No more pages to load

RADİO