Türkiyədə yaşayıb orada müğənnilik fəaliyyətini uğurla davam etdirən Günel Zeynalova ailə qurmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablayarkən danışıb.
Belə ki, izləyicilərdən birinin “Toyunuz nə vaxtdır? Ümid edirəm, tez bir vaxtda olar” sualına Günel “Bəli, bu il” qısa cavabı ilə gündəmə gəlib.
Qeyd edək ki, Günel Zeynalova ayrı-ayrı zamanlarda iş adamları Ozan Torun, Rza Zərrab və İnanc Başəyməzlə nişanlı olub.
Rəşad Əliyev, Bizim.Media