Mətanət ilk sevgisindən DANIŞDI: “Bir-birimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO 

“Doqquzuncu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəbəri yox idi. Ötəri sevgi idi. Hər zaman öz-özümə deyirdim ki, qoy, ona baxım, o, heç mənim balaca gözlərimi görməyəcək (gülür). Çünki uşaqlıqda elə bilirdim ki, gözlərim çox balacadır. Bu sevgidən onun xəbəri olmadı. Allahla mənim içimdə oldu. İlk sevgim belə oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Gündən-günə” verilişində deyib. 

17 yaşındakı “dəli eşq”indən söz açan sənətçi etirafları ilə diqqət çəkib. İsgəndərli bildirib ki, qarşı tərəfə olan sevgisini göstərdiyi xoş olmayan hərəkəti ilə birdəfəlik özündən uzaqlaşdırıb:

“Növbəti sevgim isə oldu 17 yaşımda. Bu sevgidən isə az qalırdı, başıma hava gəlsin. Dəli kimi sevirdim. Hiss edirdim ki, o da məni sevir. Çünki hissiyat məndə çox güclüdür. Yatırdım, yuxularıma girirdi. Heç kimə də içimdə bu sevgini danışmırdım. Dəli kimi gəzirdim. Elə gözəl hissdir ki... O da mənimlə eyni yaşda idi. Bir il keçdi. O, hərbi xidmətə getmək üzrə idi. Günlərin bir günü, o mənə yaxınlaşdı.

İstədi ki, dərdini (sevgisini etiraf etmək – red.) mənə desin, mən isə ona “sifət” göstərdim. Yaxınlaşıb sual verdi ki, “Sən məni tanıyırsan?” Cavab verdim ki, “Səni tanımıram, tanımaq da istəmirəm. Rədd ol buradan”. Nənəm “dağlı məhəlləsi”ndə böyümüşdü. O bizə öyrətmişdi ki, gördünüz ki, “gedələr” (oğlanlar – red.) sizə yaxınlaşır, daşı əlinizə götürün, çırpın təpələrinə (başlarına – red.). Həmin an nənəmin sözləri yadıma düşdü.
Söylədim ki, “Buradan rədd ol” və başladım daş axtarmağa. Yazıq oğlan bir günə düşdü ki, çıxıb getdi. Sonra gəlib evdə nə qədər ağladım. Özümə dedim ki, başına daş düşsün, axı sən nə etdin. Bir il bu oğlanın dərdindən dəli-divanəsən... Sən nə etdin... O əslində mənə yaxınlaşıb demək istəyirdi ki, iki gündən sonra hərbi xidmətə gedirəm, anam gəlsin səninlə danışsın. Sən də otur məni gözlə. Ona görə də insan heç zaman ilk məhəbbətinə qovuşmur. Çox əziyyət çəkdim. Heç zaman yadımdan çıxmır”. 

Mətanət bildirib ki, ilk məhəbbətinə qovuşa bilməsə də, uzun illərdən sonra onun övladının toyunda çıxış edib: 

“O insan dünyasını dəyişib. Məndən sonra üç dəfə ailə qurdu. Allah ona rəhmət eləsin. Biz onunla bir müddət bir yerdə işlədik. Deməyəcəm harada... Hər gün onu görürdüm. Biz bir-birimizdən xəbərsiz bir-birimizi sevmişik. O ilk məhəbbətinə qovuşmadığına görə, onun da həyatı “gətirmədi”. Amma o sağikən övladının toyuna məni dəvət etdi, gedib məclisdə çıxış etdim. Onu o toyda doğma insan kimi görürdüm”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Gədəbəydə avtomobil yollarını buz bağladı

Gədəbəydə avtomobil yollarını buz bağladı

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Astanada yanğın - Binanın damı uçdu - FOTO

Astanada yanğın - Binanın damı uçdu - FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

Təyyarə okeana düşdü - VİDEO

Təyyarə okeana düşdü - VİDEO

Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?

Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?

Arda sevgilisi ilə belə dincəlir - FOTO

Arda sevgilisi ilə belə dincəlir - FOTO

Netanyahu bu gün ABŞ-a yola düşəcək - Trampla görüşəcək

Netanyahu bu gün ABŞ-a yola düşəcək - Trampla görüşəcək

Gömrükçülər Xırdalanda əməliyyat keçirdi - 1 milyon 180 min ədəd siqaret... - FOTO-VİDEO

Gömrükçülər Xırdalanda əməliyyat keçirdi - 1 milyon 180 min ədəd siqaret... - FOTO-VİDEO

Qaxın bir neçə kəndi ağ örpəyə büründü - VİDEO

Qaxın bir neçə kəndi ağ örpəyə büründü - VİDEO

End of content

No more pages to load

RADİO