Xalq artisti Röya: "Bugünkü konsertimdə oğlum üçün nə bilet, nə də yer var" - FOTO/VİDEO 

"Konqres Mərkəzdə ən son keçirdiyimiz konserti yanvarın 29-30-da bitirmişdik. Amma o bizim "borc" konsertimiz idi. Mən o konsertimə elə ad vermişəm. Çünki üç il durmadan o konsertin məşqlərini etmişdik. Hamı biletlər almışdı. Və o konserti vermək məcburiyyətində idik. Bəlkə də ən gözəl konsert o oldu".  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Konqres Mərkəzdə keçirilən "Biri var" adlı canlı solo konsert proqramından əvvəl media əhli ilə görüşüb, onlara verdiyi müsahibəsində deyib.  

Sənətçi bugünkü konsertin xaricdən olduqca baha qiymətə gətirdiyi robot mexanizmindən asılı olduğunu vurğulayıb:

"Bu günkü konsertimiz isə robotların müşayiəti ilə olacaq. Yəni bu konsertdə önəmi daha çox texnikaya vermişik. Bir sözlə, bu konsertdə hər şey bir robotdan asılıdır. Əgər robotun gözlənilmədən beyni xarab olsa, o məni göydə ata da bilər, tuta da. 

Hətta bir ömür boyu səni göydə saxlaya və ya yerə çırpa da bilər. Bəlkə də indi mənə kimsə deyə bilər ki, sadəcə səhnəyə çıx, oxu. Amma kiməsə oxumağımı sübut etməyə ehtiyacım yoxdur.  

Çünki məni yuxudan qaldırsalar da və səsim işləməsə də heç zaman notdan o tərəfə çıxıb oxumaram. Hətta mən studiyadan daha yaxşı canlıda oxuya bilirəm".  

Vədlər verməyi sevmədiyini söyləyən Xalq artisti bu konsertin möhtəşəm şou tərtibatı ilə yaddaşlara həkk olacağını diqqətə çatdırıb:

"Bugünkü konsertdə çox stress keçirdim. Amma şükürlər olsun ki, hər şeyi öz yoluna qoya bildik. Mən şou üçün çox darıxmışdım. Mən 2005-ci ildən böyük səhnəyə şou ilə gəlmişəm. Mən eksperimentlər aparmağı sevirəm. Əminəm ki, bugunkü konsertimizdə xoşunuza gələcək.

Çünki bu konsertə böyük həvəslə hazırlaşmışam. Biz sizə böyük vədlər vermirik. Çünki vədlər verməyə qorxuram. Amma sizi həyacanlandıracaq məqamlar olacaq və buna əminəm. Bugünkü imicimdə, saç düzümümdə bir sözlə, hər şey konsertimizə görədir".  

Ailə üzvlərinin konsertdə olmayacağını söyləyən müğənni bildirib ki, musiqili gecədə oğlu Hüseyn iştirak etsə də, o tamaşaçı qismində deyil, kulisdə köməkçi rolundadır:

"Oğlum Hüseyn mənimlədir. Çünki, onun yaxın günlərdə dərsi başlayır və bundan sonra o, yanımda olmayacaq. Ona görə Hüseyn sinəsində "bagic"lə köməkçi rolunda arxada olacaq. O, konserti görməyəcək. Çünki onun üçün bilet və yer yoxdur (gülür). Doğrudan yoxdur".  

Qidasına önəm verən pop ulduz gün ərzində 800 kilokaloridən artıq yemək yemədiyini açıqlayıb:

"Yeyib-içməklə aram yoxdur. Yatağan birisiyəm. Məsələn, bu gün gecə saat dörddə yatmışam, səhər saat doqquzda gözümü açmışam. Qidaya gəldikdə isə bir gün təndir çörəyi yeyərəm... Bir gündə 800 kilokaloridən artıq heç nə qəbul etmirəm. İnsan 800 kilokalori ilə özünü daha gümrah hiss edir". 

Röya bundan sonra iki il müddətində digər konsertlərinə hazırlaşacağını da dilə gətirib:

"Mən bu cür maraqlı səhnələrlə hazırlanan konsertlərimə stop verirəm. İki il ərzində başqa konsertlərə hazırlaşmalıyam. O konsertlərə start verməliyəm. Ona görə də hələlik bu konsertlərimizi dondururuq. Bu qədər bəsimdir".  

Ulduz müsahibəsinin sonunda bildirib ki, gözələrini bəzəyən eynəyi gənc həmkarı Səmra Rəhimlidən götürüb.  
 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO