Türkiyəli müğənni Rafet El Romanın son açıqlaması gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, 54 yaşlı müğənni yenidən övlad sahibi olmamaq üçün əməliyyat etdiyini etiraf edib.
“Artıq övlad sahibi ola bilməyəcəm”, - deyə Rafet vurğulayıb.
Qeyd edək ki, Rafetin Tuğba Altıntopla 6 illik evliliyindən 2 qızı, Ceren Kaplakarslanla 3 illik nikahından isə 1 qızı var. Hazırda müğənni özündən 24 yaş kiçik Yaseminlə eşq yaşayır.
Rəşad Əliyev, Bizim.Media