Aparıcı Çinarə toyuna gəlməyən məşhurları BİABIR ETDİ: “Sizin 300 manatınıza qalmamışam” - VİDEO  

“Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki... Dedim ki, həyat doğrudan da çox qəribədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu “Özəl” verilişində deyib. 

Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.  

“Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.

Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər”. 

Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb: 

“Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.

Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim”. 
Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb:

“Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm”. 

Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib: 

“Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər.
Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər”. Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO