Bir sıra məşhurlar Laçın şəhərinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, işğaldan azad olunan torpaqlara gedənlər arasında Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Teyyub Aslanov, Nəzakət Teymurova, Əməkdar artistlər Ramil Qasımov, Samirə Əliyeva (aşıq Samirə), xanəndə Kamilə Nəbiyeva, müğənni Elnarə Xəlilova və digər incəsənət nümayyəndələri olub.
Onlar Laçının əsrarəngiz təbiəti qoynunda birlikdə fotolar çəkdirərək sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər. Səfər zamanı məşhurlar həmçinin hazırda Laçın şəhərində yüksək sürətlə aparılan yenidənqurma işləri ilə tanış olublar.
Qeyd edək ki, Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.
Rəşad Əliyev, Bizim.Media