Son günlər açıqlamaları ilə gündəmdən düşməyən türkiyəli müğənni Sərdar Ortaç daha bir etirafı ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi növbəti illərdə karyerasını sonlandıracağını və kəndə köçəcəyini dilə gətirib.
“Namaza başlayacam, amma 60 yaşlarımda. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Nə işə yarayar onda? Savab iş görürəm, yoxsa günah, bəlli deyil. Bu həyatda məni heç nə xoşbəxt edə bilməz. Yalnız Allahın rəhməti. Mən də kənddə məskunlaşacam. Son vida turumdur. Sonra əməkli olacam”, - deyə Sərdar bildirib.
Rəşad Əliyev, Bizim.Media